Cəmiyyət

Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib

Hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidentinin 13 may 2024-cü il tarixli Sərəncamı ilə Bərdə Rayon Məhkəməsinin hakimi təyin olunan Fərman Abdullayev və Masallı Rayon Məhkəməsinin hakimi təyin edilmiş Coşqun Abdullayev Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini hakim vəzifəsinə təyin edilmiş Fərman Abdullayev ilə Coşqun Abdullayevə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını, həmçinin, yeni reallıqlara uyğun olaraq Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmaqla gənclərin bütün sferalarda fəal iştirakına geniş imkanlar yaradıldığını, onlara hərtərəfli diqqət və qayğı göstərildiyini, dövlət idarəetməsində yaxından iştirakının təmin edildiyini və bu istiqamətdə görülən tədbirlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qəbul zamanı Fərman Abdullayev və Coşqun Abdullayevə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button