Dövlət Dəmiryolları İdarəsi qanunvericiliyi pozub
Azərbaycan Dövlət Dəmiryolları İdarəsi (ADDYİ) ölkə qanunvericiliyini pozur. Tribunainfo.az xəbər verir ki, idarə bir yerdən başqa yerə getmək istəyən insanların konstitusiyada təsbit olunmuş hüquqlarına hörmət eləmir.Belə ki, ADDYİ şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün bilet alıb, doğma elinə gedən vətəndaşı Bakı-Astara qatarına buraxmayıb. Bununla bağlı sosial şəbəkələrdə də məlumat yayılıb.Həmin vaxt dəmir yol işçisi deyib ki, bununla bağlı idarədən təlimat alıblar, ona görə də, vətəndaşı qatara buraxa bilməzlər. Halbuki sözügedən dövlət qurumu belə bir təlimat vermək hüququna sahib deyil. Bu məsələn qanunlarla və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Konstitusiyaya görə, hər bir Azərbaycan vətəndaşının sərbəst hərəkət etmək hüququ var. Bunu isə heç kim poza bilməz.Görünən isə odur ki, ADDYİ rəhbəri Rövşən Rüstəmov üçün Konstitusiya əhəmiyyətli qanun sayılmır. Əks təqdirdə, onun ali qanunla təsbir olunmuş vətəndaş hüquqularını məhdudlaşdırmağa cəsarət etməzdi.Xatırladaq ki, bu Rövşən Rüstəmovun ilk özbaşınalığı deyil. O, həmçinin ümumvətəndaşlıq pasportu ilə dəmir yoluyla hərəkət etmək istəyənlərə də məhdudiyyət qoyub. Bu barədə bir müddət əvvəl sosial şəbəkələrdə videogörüntülər paylaşılmışdı.
P.S. Vətəndaşın sərbəst hərəkət hüququ məhdudlaşdırıla bilməz. Əgər onun şəxsiyyətini təsdiq edən sənəd üzərindədirsə, o nəinki dəmiryolundan, istənilən nəqliyyat vasitəsindən istifadə etmək hüququ var. Bu ölkənin ali qanunu ilə təsbit olunub və onu pozmaq qanunsuzluq və özbaşınalıqdır. Bu isə hüquqi presedent yaradır. Digər tərəfdən, Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin vətəndaşların sərbəst hərəkət hüququnu məhdudlaşdıra biləcək səlahiyyət və hüququ yoxdur. Bu da ayrıca hüququi prosesdura səbəb ola biləcək faktordur.
Analoq.az