Cəmiyyət

“Elektron məhkəmə” informasiya sisteminin tətbiqi… – Qəbul edildi

Milli Məclisin dünən keçirilən növbədənkənar sessiyasnın plenar iclasında deputatlar Cinayət-Prosessual Məcəllədə dəyişiklik edib.

Analoq.az xəbər verir ki, qanun layihəsini deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə təqdim edib.

Millət vəkili bildirib ki, bu dəyişikliklər ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur.

Müzakirələr zamanı çıxış edən komitə sədrləri Bəxtiyar Əliyev, Hicran Hüseynova, Zahid Oruc, deputatlardan Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, Erkin Qədirli, Kamal Cəfərov və Arzu Nağıyev təkliflərini dilə gətiriblər.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button