Tanınmış jurnalist Pərvin Abışova özünün “Facebook” hesabında 44 günlük vətən savaşında səhhətini qurban verən , üçüncü qrup əlil İxtiyar Cəfərovun videosunu paylaşıb. Videoda çıxış edən İxtiyar Cəfərov Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə səslənərək bildirib ki, sabah saat onda Abşeron Rayon İcra Hakimiyyətinin qarşında yandıracaq.
İxtiyar Cəfərov çox güman qarşılaşdığı problemin həllini tapmadığı üçün bu yola əl atıb. Qeyd edək ki , Qarabağ qazisinin bütün problemləri paylaşdığı video müraciətdə öz əksini tapıb .
Üç oğul atası olan İxtiyar Cəfərovun videosunu Analoq.az oxucuları üçün də təqdim edirik. Güman edirik ki , rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev tezliklə qazinin problemini həll edər və onun balalarının atasız böyüməyinə imkan verməz.
Analoq.əz olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Analoq.az