Cəmiyyət

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir? – İnternat məktəbinin direktorları….SİYAHI

Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb. Dövlət qurumları tərəfindən Rüfət Kərimov adlı şəxsin rəhbəri olduğu 80 şirkətə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb.

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

🔹Qasımov Rəşad Bəhram oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;

🔹Seidova Vəfa Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

🔹Məşədiyeva Dilarə Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

🔹Qurbanzadə Elmar Nazim oğlu- Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

🔹Vəzirova Səbinə Rafiq qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

🔹Mürsəlov Mürsəl Fərhad oğlu – “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;

🔹Bədəlov Rəşid Kamil oğlu – Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.

🔹Qurbanov Rauf Yusif oğlu – Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

🔹Şirinzadə Seymur Aydın oğlu- Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

🔹Mütəllimova Cavahir Nadir oğlu – TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru;

🔹Babaxanlı Gülbəniz İbrahim qızı – Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;

🔹Nəcəfov Əzizağa Bayram oğlu – Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini;

🔹Babayev Yuriy Çingizoviç oğlu – Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;

🔹Panayev Əhməd Rəhim oğlu – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;

🔹Firidov Elməddin Elşad oğlu – Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

🔹Verdiyev Elman Elim oğlu – Naftalan Şəhər bələdiyyəsinin sədri;

Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.

Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button