Cəmiyyət

Heydər Əliyev hakimiyyəti dövründə milli barış və inkişaf

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinin dönüş nöqtəsi oldu: “Dahi Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaqdan, dövlət müstəqilliyimizi məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdi.

Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaq görənliyi ölkəmizdə geniş vüsət alan iqtisadi və siyasi böhranın aradan qaldırılmasına imkan yaratdı, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət olaraq inkişaf etməyə başladı. Siyasi sabitlik təmin olundu, əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanımızın ilk Konstitutsiyası qəbul edildi, Sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, dünyaya sıx inteqrasiya prosesi həyata keçirildi, xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyət quruldu”.

Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Dahi Öndərimiz Heydər Əliyev hakimyyətə gəlməsəydi, bu günki, müstəqil Azərbaycanin mövcudluğundan söhbət gedə bilməzdi. Çünki, 1991-1993-cü illərdə ölkəmiz də xaos, anarxiya, hərc-mərclik və özbaşınalıq hökm sürürdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükə qarşısında qoyurdu.

Bu ağır vəziyyətdən istifadə edən işğalçı Ermənistan ardıcıl olaraq torpaqlarımızı işğal edirdi. Bütün bunlar xalqın sabaha olan inamını tamamilə sarsıdırdı. Bu çətin dövrdə xalq üzünü görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev tutdu, Onun Bakıya dəvət olunması çağrışları ilə çıxışlar etdi. Xalqımız aydın şəkildə başa düşürdü ki, ölkəni düşdüyü ağır və böhranlı vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndərimiz Heydər Əliyevdir.

Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və müdirik, uzaqgörən siyasəti ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Bu baxıdan qətiyyətlə demək olar ki, xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Əsası 1993-cü il 15 iyununda qoyulan milli qurtuluş ideologiyasının təntənəsi bu gün adı dünyanın aparıcı dövlətləri ilə bir sırada çəkilən Azərbaycanımızın davamlı inkişafında özünü göstərir: “Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti, Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xeyirli, gərəkli siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlət olaraq tanınır.

Bütün bu uğurlar, əldə olunan nailiyyətlər Öndər Heydər Əliyev siyasətinin bəhrəsidir və nə qədər dövlətçiliyimiz var, bu siyasət xalqımıza xoşbəxtlik, firavan həyat, iqtisadi təminat, hərbi qüdrət, möhkəm əsaslara malik siyasi sabitlik gətirəcək”.

Məftun Quluzadə

Nəsimi Rayon Qızıl Aypara Cəmiyyətinin sədri

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button