Cəmiyyət

Əl işlərindən ibarət sərgi keçirildi

“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” adlı layihəsində qalibi olub. Layihə əl işlərini öyrətməkdən ibarətdir. Layihə əsasında təşkil olunan kursla aşağıdakılardır.

Rəssamlıq, toxuculuq, muncuqlarla işləmələr, naxış tikmə, xalçaçılıq, rebakset, polimer gil materialları ilə işləmələri. Kurslarda düzəldilən əl işlərinin eyni zamanda satışı da təşkil olunur. Layihədə 6 təlimçi , 20 dən çox sənəd sahibi olmaq üçün iştirakçı var.

Layihə çərçivəsində “GÜLSAM” ƏRIB – in ofisində iştirakçıların əl işlərindən ibarət SƏRGİ təşkil edilmişdir. Sərgi zamanı millət Vəkili Vüqar İskəndərov və iş adamı Elxan bəy qonağımız oldu.

Kurs və sərgi Sentyabr – Oktyabr 2022 ci il taxixində “GÜLSAM” ƏRIB – in ofissində davamlı olacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button