Cəmiyyət

İki yerdə işləyənlərin icazə alması ilə bağlı MÜHÜM AÇIQLAMA

“Bir nəfər iki yerdə işləyirsə, hər iki yerdən icazə almalıdır”.

Analoq.az-ın  məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, bir yerdən icazə alan şəxs icazə aldığı sahədən kənar işləyərsə, problem ola bilər:

“Ola bilər ki, vətəndaşın birinci iş yerindən aldığı arayış ikinci çalışdığı sektora uyğun deyil. Bu səbəbdən yaxşı olar ki, vətəndaşlar çalışdığı hər iki qurum tərəfindən portalda qeydiyyatdan keçirilməklə icazə alsınlar”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button