Elm və təhsil

Abşeron-Xızı Regional təhsil İdarəsi ETN-ə TABE DEYİL? – Görünəni odur ki…

Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik. Əvvəlki yazı burada: Nazirlik Abşeron təhsilindən ƏLİNİ ÜZÜB? – YENİ İTTİHAMLAR…

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkəə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə nyus.az-a istinadla növbətti iddiaları təqdim edirik.. Beləliklə…

***

Məktəblərə satılan məktəbli formaları yəni ki, hər bir məktəb üçün ayrı-ayrı rəng çalarlarının seçilməsi onların satışının təşkili niyə məhz Regional İdarə müdiri İlhamə Abdullayevanın maraq dairəsindədir? Çünki, fabrik müdiri olan Səkinə adlı qadınla rəfiqədirlər. İkitərəfli razılaşma əsasında məktəblərə kütləvi şəkildə formaların satışını təşkil etdilər. Nəticə etibarı ilə keyfiyyətsiz materiallardan tikimiş hər bir məktəbli forması 60 manat civarında valideyinlərin cibinə girməklə məcburi şəkildə satışa çıxarıldı. Formalar Sumqayıtda və Xırdalanda yalnız bir satış məntəqəsindən istifadə edildi.

Aidiyyatı üzrə hüquq-mühafizə orqanlarında araşdırma aparılarkən Elm və Təhsil Nazirliyinin Bakı Tikiş Evinin satış nöqtələrindən alınan formaların: – bizim regionala aidiyyatı yoxdur deməsi ilə bağlı məsələyə son qoyuldu. Nazir Emin Əmrullayev isə bu işdə yenə də susmaq mövqeyində durdu.

Bakıdan Abşerona gələn şagirdlərə yeni məktəbli formasını məcbur aldırmaq ideyasının isə hansı zərurətdən yarandığı İlhamə Abdullayeva tərəfindən susqunluqla qarşılandı.

Sual edirik: Vətəndaş nazir! İlhamə Abdullayevanın bu qədər korrupsiya faktına, rüşvətxorluğuna susmağınızda maraq nədir?

***

Davamı var….yenigundem

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button