Cəmiyyət

“Niyə baxmırsız”-Polisdən həkimə etiraz-VİDEO

Polis əməkdaşları xidməti vəzifələrini lazımı formada icra etməyən baş həkim və onun işçilərinə irad tutublar ancaq Yardım Stansiyası işçiləri durmadan hıçqıraraq ağlayan azyaşlı ilə heç maraqlanmayaraq “gedin sabah gələrsiniz” – deyə cavab veriblər. Analoq.az ypx.az-a istinadən xəbər verir ki, görüntülərdəki tibb müəsisəsinin işçiləri 22 Nömrəli Köməkçi Yardım Stansiyasının əməkdaşları olublar.

Belə ki, Çevik Polisinin əməkdaşları yıxılaraq qolundan ağır zədə alan uşağı xidməti avtomobil ilə 22 Nömrəli Köməkçi Yardım Stansiyasına çatdırıblar. Ancaq həmin tibb müəsisəsində heç kim özünü tibb işçisi kimi aparmayıb. Tibb işçiləri hıçqıraraq ağlayanb azyaşlıya kömək etmək əvəzinə onun üçün hər şeyi etməyə çalışan polislərə “sizi başa salacaqlar” – deyə hədəqorxu gəliblər, daha sonra müəsisənin baş həkimi biz baxa bilmərik deyib polisləri uşaqla birgə geri qaytarmağa çalışıblar. “Uşaq ağlayır, nəsə edin” deyən polislərə heç kim əhəmiyyət verməyib və müxtəlif bahanələr gətiriblər.
Daha sonra polis lazımı məruzələri edərək ağrılar içində qıvranan uşağı başqa bir tibb müəsisəsinə çatdırıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button