Digər

Hacı Surxay Məmmədli canlı yayımda olacaq Əhya gecəsi

İçərişəhər Cümə məscidinin dini icmasının rəhbəri, tanınmış din xadimi, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli bu gün Ramazan ayının növbəti əhya gecəsi ilə əlaqədar İnstaqram və Facebook sosial şəbəkəsində canlı yayıma çıxacaq.Onun SİA-ya verdiyi açıqlamasına görə, Saat 01:30-da canlı yayım vasitəsi ilə keçiriləcək əhya gecəsində oruc saxlayan inancılılara xütbələr söyləniləcək, bu müqəddəs ayın fəzilətləri, habelə ibadətlərdə ediləcək əməllər barədə danışılacaq.

“O cümlədən, canlı yayıma qoşulacaq insanlarımızı maraqlandıran suallara cavablar veriləcək, namazlar, dualar, müstəhəb əməllər haqqında geniş təfsilatlı müzakirələr aparılacaq”, deyən Hacı Surxay Məmmədli onu da qeyd edib ki, bu təşəbbüs Ramazan ayının sonunadək davam edəcək və hər kəs canlı yayıma qatılaraq, bu gözəl aydan bəhrələnə, İslam dininin ən gözəl əməlləri barədə öyrənə bilər.

Qeyd edək ki, təşəbbüs Ramazan ayı başlayandan davam edir və sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla izlənilməkdədir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button