Ölkə

Hakerlər şifrələrinizi sındıra bilər – Baş Prokurorluqdan müraciət

Baş Prokurorluq hakerlər tərəfindən sosial şəbəkə hesablarındakı şifrələrin sındırılması ilə bağlı vətəndaşlara müraciət edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Baş Prokurorluq tərəfindən təqdim olunan videoçarxda hakerlər tərəfindən vətəndaşların sosial şəbəkələrdəki hesablarının şifrələrinin sındırılması ilə bağlı maarifləndirici məlumat verilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button