Smayliklər türklərə məxsusdur-Araşdırma
Smayliklərlə bağlı araşdırma aparanda smayliklərin kim tərəfindən yaranması haqqında bir informasiyaya rast gəlirik.Smaylik 19 sentyabr 1982-ci ildə Pitsburqdakı Karneqi Mellon Universitetinin müəllimi Skot Falman tərəfindən kəşf edilib [/justify]
Lakin burada bir haşiyə çıxmağı özümə borc bilirəm.Smaylik işarəsi Skot Falmanın adıyla bağlansa da smayliklərin tarixi çox uzaqlara gedib çıxır.Skot Falman bu ixtirasına görə Türk tarixinə istinad etməyi unudub.Əgər Skot Falmanın tələbələri Orxon-Yenisey abidələrini ziyarət etsələr, o zaman sevimli müəllimlərinin ixtirasının plagiat olduğunu anlayacaqlar.
Bu gün dünyanın aparıcı ölkələrinin brend firmaları öz loqolarında Orxon-Yenisey abidələrində olan yazılardan istidadə edib. Buna misla olaraq Almaniya, İtaliya, İspaniya, İsrail,Yunanıstan kimi ölkələrin brend firmalarının loqolarını misal gətirmək olar.
Milli valyutamız olan manatda da göytürk hərfləri yer alıb.
Orxon-Yenisey abidələrinə diqqətlə göz gəzdirsək görərik ki,astrologiyada da istifadə olunan simvollar qədim türklərin daş kitabələrində öz əksini tapıb.
Göytürk əlifbasıyla yazılan “Tanrı” sözü və ərəb əlifbasıyla yazılan “Allah” sözü arasında fərqə isə aşağıdakı şəkildə özünüz diqqət yetirin.Buradan da belə qənaətə gəlmək olar ki,ərəblər də əlifbalarını yaratmaqda göytürk əlifbasından bəhrələniblər.
Xatırladaq ki,Masonların əli qoynunda saxlamasına da Orxon-Yenisey abidələrində rast gəlmək mümkündür.Bununla yanaşı bir çox qədim türk damğaları bu gün avropa və dünyanın başqa ölkələrində simvollar kimi istifadə olunur.
Savalan Talıblı
analoq.az