Elm və təhsil

Azərbaycan Respublikasında dəniz nəqliyyatı və liman infrastrukturunun assosiativ fəaliyyətinin qiymləndirilməsi

Analoq.az tanınmış iqtisadçi alim, AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Paata Ququşvili adına İqtisadiyyat İnstitutunun beynəlxalq elmi-analitik, resenziyalı, “Ekonomisti”  jurnalında “Azərbaycan Respublikasında dəniz nəqliyyatı və liman infrastrukturunun assosiativ fəaliyyətinin qiymləndirilməsi” (Assesment of the Associative Activity of Maritime Transport and Port İnfrastructure in Azerbaijan) mövzusunda ingilis dilində çap edilmiş elmi məqaləsini təqdim edir.

Qeyd edək ki, bu jurnal beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərə aiddir (ERIH  PLUS).

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının (XDND) birləşdirilməsi yolu ilə yaradılmlş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinın (ASCO) əsas fəaliyyəti, dəniz nəqliyyatının səmərəliliyinin və rəqabətqabiliyyətliliyinin artırılmasına, yükdaşımalardan və ölkəmizin tranzit potensialından istifadənin səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmişdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Respublikasının aparıcı gəmiçilik şirkəti kimi yük daşıma, neft-qaz sənayesinə ixtisaslaşdırılmış dəniz nəqliyyat xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətlərini təqdim edərək, neft donanmasına və nəqliyyat donanmasına, iki gəmi təmiri zavoduna, Azərbaycan Dövlət Dəniz Akademiyasına və Təlim-Tədris Mərkəzinə sahibdir.

Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları nəqliyyat donanmasının tranzit yükdaşımaların həyata keçirilməsində əhəmiyyətini daha da artırır. Həmçinin, Xəzər dənizində geniş miqyaslı neft və qaz layihələrinin icrasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin neft donanmasının rolu olduqca böyükdür.

2019-cu ildə Xəzər Dəniz Neft Donanmasının gəlirinin 84,4%-i SOCAR-in müəssisələri hesabına, 12,8%-i alyanslar, 2,8%-i isə sair təşkilatlar hesabına əldə edilmişdir.

Məqalədə dəniz nəqliyyatının beynəlxalq iqtisadi əlaqələrdə rolu izah edilməklə bərabər, Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatının ölkəmizin siyasi-iqtisadi qüdrətinin güclənməsində mühüm əhəmiyyət kəsb edərək, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasına mühüm tövhvə verməsi şərh edilmişdir.

Burada “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-2019-cu illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti, o cümlədən yükdaşımaların mövcud vəziyyəti, iş və xidmətlərdən əldə olunan gəlir, xərc, mənfəət, hesablanmış və ödənilmiş vergilərin məbləği təhlil edilərək qiymətləndirilmişdir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-i 2014-2019-cu illər üzrə 2602310573,83 manat ümumi gəlir əldə edərək, dövlət büdcəsinə ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, torpaq vergisi, əmlak vergisi, yol vergisi, fiziki şəxslərin gəlir vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verqi, ödəmə mənbəyində tutulan verqi, qeydiyyata alınmayan qeyri-rezident odənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi, dövlət torpaq sahələrinin icarə haqqı və digər vergilər üzrə 221014386,19 manat hesablanmış vergi, 221072897,33 manat ödənilmiş vergi təqdim etmişdir ki, bu da ümumi gəlirin hesablanmış və ödənilmiş vergilər üzrə 8,5%-i deməkdir.

Azərbaycan Respublikası Bakı Beynəlxalq Dəniz ticarət Limanı üzrə isə həmin dövrdə 96221189,72 mant ümumi gəlir əldə edilmiş və bütün növ vergilər üzrə hesablanmış məbləğ 20216425,53 manat, ödənilmiş vergi məbləği isə 22029760,75 manat olmuşdur ki, bu da hesablanmış vergilərin ümumi gəlirdə payının 21,1%,  ödənilmiş vergilərin ümumi gəlirdə payının isə 22,9% olması deməkdir.

2014-2019-cu illər üzrə Bakı Beynəlxalq Dəniz ticarət Limanı ilə müqayisədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesablanmış vergilərinin ümumi gəlirdə payı 2,5 dəfə,  ödənilmiş vergilərin ümumi gəlirdə payı isə 2,7 dəfə az olmuşdur.

Məqalədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dövlət büdcəsinə hesablanmış və ödənilmiş vergilərinin yerinə yetirilmiş iş və xidmətlərdə payı, Bakı beynəlxalq Dəniz ticarət Limanı ilə müqayisə edilmiş, həmçinin EViews tətbiqi proqram paketinə əsasən ödənilmiş vergilərin dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilmişdir.

Tədqiqat işində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin konsalidasiya edilmiş illik maliyyə hesabatlarına görə, gəmilərə əsas vəsaitlər üçün tətbiq edilən düzxətli ammortizasiya metoduna əsasən hesablanmış ammortizasiya məbləğinin, gəmilərin normativ xidmət müddətlərinin 4 il müəyyən edilməklə 25% həddində hesablanmasının gəmiçiliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə təsiri təhlil edilmiş, variasiya əmsalına əsasən Xəzər Dəniz Neft Donanması üzrə verilmiş aksiyalara kapital qoyuluşlarının riskinin yüksək olduğu müəyyən edilmişdir.

Tədqiqat işində müəyyən edilmişdir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də əsas vəsaitlərin ammortizasiya məbləğinin hesablanmasında tətbiq edilən düzxətli ammortizasiya metoduna əsasən ammortizasiya norması, əsas vəsaitlərin normativ xidmət müddətləri nəzərə alınmaqla hesablanmalıdır.

Bu halda gəmiçilik üzrə  gəlirdən çıxılan xərclər il ərzində 24-31,7 milyon manat azalaraq, mənfəət vergisi üzrə dövlət büdcəsinə 4,8-6,35 milyon manat məbləğində əlavə vergi ödənişləri ilə bərabər, Xəzər Dəniz Neft Donanması üzrə verilmiş aksiyalara kapital qoyuluşlarından riskin azalmasına şərait yarana bilər.

Məqalənin materialları ilə  aşağıdakı linklərdən tanış olmaq olar.

http://ekonomisti.tsu.ge/?cat=nomer&leng=eng&adgi=624

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button