Elm və təhsil

Ömürboyu təhsil – Ülkər Cəlilova yazır

“Öyrənməyi buraxdığınızda, ölməyə başlayarsınız!” – Albert Einstein

İnsan, hayatı boyunca öyrənməyə və özünü inkişaf etdirməyə davam etməlidir. Ömürboyu təhsil isə tam olaraq bunun üçün vardır. Ömürboyu təhsil bir çoxumuz üçün yeni anlayış ola bilər lakin, dünya təcrübəsində uzun illərdi tətbiq olunan praktikadır.

Ömürboyu təhsil, zaman və məkandan azad formada , dəyişəbilən , müxtəlif, çevik və yaşam boyu davam etdirilə biləcək öyrənmə olaraq ifadə edilə bilər. Şəxsin hansı yaşda olması, əvvəl təhsil alıb almaması, onu ömürboyu təhsilin parçası olmaqdan uzaqlaşdırmır.

Təhsilin , ibtidai sinifdən başlayıb universitet ilə bitmədiyini göstərən ömürboyu təhsildə şəxslər öz bacarıqları, məlumatları və yetərlilikləri çərçivəsində fərqli metodlarla ömürboyu inkişafa çalışır. Belə ki, öyrənmə hər zaman sinif otağında baş vermir və təhsil haqqında sənədin əldə olunması ilə yekunlaşmır.
Vətəndaşlar özünütəhsil yolu ilə biliklərə yiyələnə (informal təhsil) və yaxud müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçərək (qeyri-formal təhsil) sertifikat əldə edə bilərlər.

Ömürboyu təhsil deyincə ağlınıza sadəcə yeni bacarıq və məlumatların qazanılması və ya inkişaf etdirilməsi gələ bilər, lakin ömürboyu təhsil sadəcə bunlarla kifayətlənmir. Beləki, ömürboyu təhsilin 4 əsas istiqaməti aşağıdakı kimidir:

Bilmək üçün öyrənmək
Etmək üçün öyrənmək
Olmaq üçün öyrənmək
Birlikdə yaşamaq üçün öyrənmək

Yuxarda qeyd edilən istiqamətlərdən, bilmək üçün öyrənmək müasir gəncin əsas çətinliklərindən biri olan iş tapmaq məsələsi ilə bilavasitə əlaqədardır. Müasir dövrdə şəxslərin iş tapması bilavasitə ömürboyu təhsilin yekun nəticəsi kimi özünü göstərir. Beləki dəyişən sosial, iqtisadi, texnoloji vəziyyət həmçinin ekologiya və elmin surətli inkişafı “ yeni məsləkləşmə” ehtiyacı doğurur.

Bəzi ixtisasların qazandırdığı məsləklər bu və ya digər formada iş dünyasında yox olur. Həmin şəxslər yenidən üniversitet oxumalıdırmı? Bu əlavə vaxt və xərc tələb edir.

İşə qəbul müddətində lazım olan məslək yetərliliyi, həmçinin iş müddətində dəyişən ehtiyacları ödəmək istəyən şəxs ömürboyu təhsil sayəsində , daha qısa zamanda və daha az xərclə bunları əldə edə bilər. Bunu nəzərə alaraq ömürboyu təhsilin əsas faydasından danışsaq, daha yaxşı iş fürsəti, mütamadi dəyişən dünya ilə ayaqlaşmaq və şəxsin özünə inamını artırmasını vurğulamaq yerinə düşər.

Ümumiyyətlə, ömürboyu təhsil dedikdə, təhsilə yeni yanaşma, bir insanın ömürboyu keçdiyi bütün təlim fəaliyyətləri nəzərdə tutulur ki, bu fəaliyyətlər şəxsi, sosial və ya peşəkar istiqamətdə bilik, bacarıq, səriştə və kvalifikasiyaların təkmilləşdirilməsi ilə nəticələnir.

Ömürboyu təhsil konsepsiyasının ənənəvi təhsildən başlıca fərqi təhsil sistemi tərəfindən olunan təklifə deyil, əmək bazarının tələblərinə uyğun təlimə yönəlməsidir. Ömürboyu təhsil əmək bazarının tələbinə uyğun formalaşmış cəmiyyətdə baş verən iqtisadi, elmi, texnoloji dəyişikliklərə çevik uyğunlaşmanı təmin edir.

Əgər biz ümumqəbulolunmuş təhsil konsepsiyasına baxsaq, görərik ki, əvvəllər insanlar təhsillərini tamamlayaraq əmək bazarına daxil olur, bir peşədə, müəssisədə onilliklər boyu çalışır, ara-sıra ixtisasartırma kurslarına gedir, həmin peşədən də təqaüdə çıxırdılar.

İqtisadiyyatın dinamikası da bunu
şərtləndirirdi, belə ki, dünya iqtisadiyyatı daha stabil və proqnozlaşdırıla bilən idi. Lakin bu gün çox müxtəlif səbəblərdən əmək bazarı stabil deyil. İşəgötürənlər də həmçinin öz üzərində çalışmayan, inkişaf etməyən işçi ilə uzun müddət çalışmır.

Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə ölkəmizdə təhsilin aşağıdakı formaları tətbiq olunur:

1. formal;
2. qeyri-formal;
3. informal.

Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. Qısaca ; dövlətin rəsmi qurumları və ya özəl təhsil kursları sayəsində 40 yaşında rəsim çəkməyə başlayabilir, 50 yaşlarında bir musiqi alətini çalmağı öyrənə , 60 yaşında isə dil öyrənə bilərsiniz . Yəni “ Öyrənmənin yaşı və zamanı yoxdur” prinsipinə dayanan bir təhsil sistemidir deyə bilərik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button