Elm və təhsil

Tanınmış iqtisadçı alimin Scopus bazasında indeksləşdirilmiş jurnalda növbəti  elmi məqaləsi çap olunub

AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, Beynəlxalq Ekonometrika Cəmiyyətinin üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun, “Qeyri-müəyyənlik şəraitində balanslaşdırılmış xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsinin ekonometrik qiymətləndirilməsi” (“Econometric Assessment of the Level of Development of Balanced Foreign Economic Relations in Conditions of Uncertainty”) adlı tədqiqat işi SCOPUS bazasına daxil olan “Maliyyə: nəzəriyyə və təcrübə” (“Finance: Theory and practice”) jurnalında elmi məqalə kimi dərc edilib.

Qeyd etmək lazımdır ki, əsas elmmetrik göstərici olan məqalə sayı baxımından Azərbaycanın dünya ölkələri arasında mövqeyinin müəyyən edilməsində, dünyanın iki ən önəmli indeks bazasında (Web of Science və Scopus) ölkələrarası müqayisə üzrə 2013-cü ildə SCOPUS bazasında indeksləşdirilmiş sənədlərin sayına görə 760 məqalə sayından 2016-cı ildə 882 məqalə sayına yüksəlməsinə baxmayaraq, həmin dövrlərdə Ermənistanda 1052, Gürcüstanda isə 1488 məqalə sayı qeyd edilirdi.

Son dövrlərdə elmi-tədqiqat işlrində aparılan uğurlu islahatlar hesabına, xüsusən də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi dərəcə və elmi adlarla bağlı tələbləri, Azərbaycanın dünya ölkələri arasında mövqeyinin yüksəlməsinə müsbət təsir etmiş və 2019-cu ildən etibarən respublikamız bu göstəriciyə görə region ölkələrlə müqayisədə qonşu Gürcüstan Respublikasını və Ermənistanı qabaqlamışdır. Web of Science və Scopus bazasında indeksləşdirlən jurnallarda nəşr edilmiş məqlə sayına görə isə Bakı Dövlət Universiteti Azərbaycanda lidelik edir.

Müəllifin tədqiqat işində Azərbaycan Respublikasının timsalında qeyri-müəyyənlik şəraitində tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsini qiymətləndirmək məqsədi ilə balanslı xarici ticarət əmsalı və bu göstəriciyə birbaşa təsir edən amillər üzrə ixrac və idxalın entropiyasının metodoloji izahı verilmişdir.

Burada xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsi ilə bağlı tədqiqat işlərinə münasibət bildirilərək müəyyən edilmişdir ki, ölkələrin tarazlı xarici iqtisadi əlaqələrinin inkşaf səviyyəsinə təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı tədqiqatçıların əsərlərində ümumi fikir birliyi yoxdur

Məqalədə 2005-2020-ci illər üzrə Azərbaycan Respublikasında tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsini xarakterizə edən balanslı xarici ticarət fəaliyyəti əmsalı ilə Azərbaycan Respublikasında ixrac və idxalın entropiyası, Azərbaycan manatının xarici valyutalara nisbətən real və nominal effektiv məzənnəsi, iqtisadiyyatın açıqlıq dərəcəsi arasındakı asılılığın EViews riyazi proqram paketində reqressiya təhlili aparılaraq qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, tədqiqat metodikasından istifadə etməklə istənilən ölkənin xarici ticarətdəki müsbət və mənfi meylləri asanlıqla müəyyən edərək, qeyri-müəyyənlik şəraitində tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsini qiymətləndirmək olar.

Məqalə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://financetp.fa.ru/jour/article/view/1502/918

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 5]

Back to top button