Manşet

Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti istifadəyə verilib

Xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları yeni elektron xidmətdən istifadə edə bilərlər

Xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları yeni elektron xidmətdən istifadə etməklə bu barədə daha rahat formada məlumatı təqdim edə bilərlər.
Həmin şəxslər Xidmətin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsindən “Xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinin qeydiyyatı” adlı pəncərəni (https://eservice.migration.gov.az/public/create-vqa-application) seçməklə bu elektron xidmətdən istifadə edə bilərlər.
İstifadə zamanı sənəd üzrə, şəxsi və müraciət məlumatları müvafiq xanalara doldurulmalı, həmçinin tələb olunan sənədlər əlavə edilməlidir.
Dövlət Miqrasiya Xidməti xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirləri davam etdirir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button