Müsahibə

“Prezident demişkən bəzi məmurların əllərini kəsirsən, amma yenə korrupsiya ilə məşğul olurlar” – HAFİZ HACIYEV

Prezident İlham Əliyev: “Bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, əyri yola düşür”

Müasir Müsavat Partiyasının sədri: “Prezident korrupsiyaya görə lazımı addımlar atır. Amma demək olmaz ki, ölkədə korrupsiyanın kökü tam kəsilib”.

“Ölkəyə taxıl gətirməklə məşğul olan xüsusi sahibkarlar var. Gərək onların da vicdanı olsun”.

Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərə toxundu. Bu məsələlərdən önəmlisi isə ölkədə korrupsiya hallarına prezidentin yenidən toxunması və çörəyin qiymətinin qalxmasına bildirdiyi münasibət idi.

Prezident müsahibəsi zamanı bildirdi ki: “Bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, əyri yola düşür. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”.

Prezidentin son müsahibəsində toxunduğu önəmli məsələləri PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “TƏBİB-ə rəhbər verilən, yəni Ramin Bayramlı ilə bağlı mənim əlimdə çox ciddi faktlar var idi. Bu faktları mən mətbauta verdiyim müsahibələrdə dedim və bu faktlar cənab prezidentə çatdı”.

Analoq.az Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

Hafiz bəy, Demək olar ki, prezident bütün çıxşlarında, müsahibələrində ölkədəki korrrupsiya hallarına toxunur. Prezident son müsahibəsində də bu məsələ haqqında fikirlərini bildirdi. Siz ölkədə korrupsiyaya qarşı mübarizəni necə dəyərləndirərdiz?

– İlham Əliyev növbəti dəfə prezident seçiləndə sonra ölkədə korrupsiyanın qarşısını almaq üçün önəmli addımlar atıb. Bu barədə prezidentin verdiyi tövsiyyələrə əməl etməyən məmurlar haqqında da prezident çox sərt tədbirlər görüb. Prezident məmuru vəzifəyə təyin edəndə həmişə deyir ki, yaxşı işləyin, xalqla bir yerdə olun və xalqın qulluqçusu olun.

Prezident son illərdə korrusiyaya qarşı çox sərt addımlar atdı. Bir neçə icra hakimiyyəti başçısı həbs olundu. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov hələ də həbsdədir. O cümlədən bir neçə nazirlər də hələ həbsdədir. Prezident demişkən bəzi məmurların əllərini kəsirsən, amma yenə korrupsiya ilə məşğul olurlar.

Gərək bu məsələdə bizlər, mətbuat, cəmiyyət prezidentin yanında olaq. Çünki prezidentə düzgün məlumatlar çatdırılmalıdır. Kimlər ki, korrupsiya ilə məşğul olurlar, onlar adbaad prezidentə deyilməlidir. Biz partiya olaraq bu məsələdə həmişə öz fikrimizi bildirmişik, bundan sonra da bildirəcəyik.

Hafiz Hacıyev: “Ölkədə korrupsiya var və buna görə də prezident yerli televizorlara müsahibəsində bu barədə yenə danışdı”.

Prezident korrupsiyaya görə lazımı addımlar atır. Amma demək olmaz ki, ölkədə korrupsiyanın kökü tam kəsilib. Ölkədə korrupsiya var və buna görə də prezident yerli televizorlara müsahibəsində bu barədə yenə danışdı. Buradan da belə nəticəyə gəlmək olar ki, kimlər ki, bundan sonra da öz bildiklərini etmək fikrindədirlər indidən ərizələrini yazıb çıxsalar yaxşı olar.

Prezidentin korrupsiya ilə apardığı mübarizə xalq arasında böyük rəğbətlə qarşılanır. Həmçinin prezidentin gördüyü son işlər də uğurlu hesab olunur. Məsələn xarici şirkətlərin gəlib Azərbaycanda külək enerji stansiyalarının qurulmasında iştirak etməsi, ölkədəki sabitlik, ölkədə xalqla dövlətin bir yerdə olması buna sübutdur o cümlədən, prezidentin son zamanlar Qarabağ mövzusunda apardığı uğurlu siyasət də göz önündədir.

Bütün bunlara baxmayaraq ölkədə bir çox çatışmamazlıqlar var. Hamılıqla çalışıb bu çatışmamazlıqları həll etməliyik. Xalq ölkə prezidenti ilə bir yerdə olmalıdır.

– Prezident İlham Əliyev son müsahibəsində onu da deyib ki, ictimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək. Sizcə məmurlar haqqında yazılanlar və ictimaiyyətə çatdırılanların hamısının nəticəsi olur? Yəni həmin məmurların hamısı layiqli cəzalarını alır, yoxsa yükgül töhmətlə canlarını qurtarırlar?

– TƏBİB-ə rəhbər verilən, yəni Ramin Bayramlı ilə bağlı mənim əlimdə çox ciddi faktlar var idi. Bu faktları mən mətbauta verdiyim müsahibələrdə dedim və bu faktlar cənab prezidentə çatdı. Faktlar da həqiqət olduğuna görə o vəzifəsindən azad olundu. Gərək media və biz siyasətçilər qərəzli olmayaq. Dediyimiz fikirlər həqiqət olmalıdır. Yalan danışmaq, olmayam məsələni qabartmaq da düzgün deyil. Mən dəfələrlə nazirlərin rüşvətxorluğu haqqında danışmışam. Danışdığım nazirlərin hamısı haqqında da tədbirlər görülüb. Bu nazirlərin əksəriyyəti vəzifəsindən azad olunub.

Hafiz Hacıyev: “Məmurlar ölkə prezidentinin rapşırıqlarını tam yerinə yetirmək istəmirlər. Buna baxmayaraq belə məmurların hamısı cəzasını alacaq”.

Ölkədə yenə rüşvərxorluq var. Məmurlar ölkə prezidentinin rapşırıqlarını tam yerinə yetirmək istəmirlər. Buna baxmayaraq belə məmurların hamısı cəzasını alacaq. Prezidentin başladığı bu proses uğurla həyata keçirilir və bundan sonra da həyata keçiriləcəkdir.

Hafiz bəy, eyni zamanda prezident ölkədə çörəyin qiymətinin qalxmasına münasibət bildirərkən deyib ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi. Hamıya məlumdur ki, kənd təsərrüfatından da bir çox məmurlar öz qazancları üçün istifadə edirlər. Sizcə bu hala son qoyulacaq, yoxsa həmin məmurlar öz bildikləri kimi iş görməyə davam edəcəklər?

– Bildiyimiz kimi Azərbaycanda taxıl təlabatı daxili bazar hesabına ödənilmir. Hələ ki, taxıl əkib-becərmək sahəsində o qədər də böyük irəliləyiş əldə edə bilməmişik. Azərbaycan taxılı Rusiyadan alır. Rusiyada da taxıl bahalaşır. Həmçinin onu ölkəyə gətirənə qədər xeyli vəsait sərf olunur. Bu işlə də dövlət məşğul olmur. Bu işlə məşğul olan xüsusi sahibkarlar var. Gərək onların da vicdanı olsun. Onlar bu sahədə dövlətə kömək etməlidirlər.

Çörəyin suni qiymət artımında kimlərin günahı varsa, hamısı cəzasını alacaq. O cümlədən, dövlət bu sahədə ciddi addımlar atmalıdır. İşğaldan azad olunmuş ərazilərimizdə yeni texnologiyalar hesabına taxıl əkilməlidir.

Hafiz Hacıyev: “Mən istərdim ki, ölkədə sahibkarların fəaliyyət göstərmələri üçün şərait yaradılsın. Banklardan sahibkarlara verilən kreditlərin faizləri az olsun. Onlardan rüşvət alınmasın”.

Prezident əmək haqqlarını, təqüdləri qaldırır. Amma həmin an da sahibkarlar çörəyin qiymətini qaldırır. Bazar iqtisaqdiyyatında sərbəstlik olamlıdır. Yəni qiymətlər özü bazarı tənzimləməlidir. Görünür, bu hələ bizdə yaxşı irəliləməyib.

Mən istərdim ki, ölkədə sahibkarların fəaliyyət göstərmələri üçün şərait yaradılsın. Banklardan sahibkarlara verilən kreditlərin faizləri az olsun. Onlardan rüşvət alınmasın. Bu sahəyə sahəni bilən kadrlar təyin edilməlidir. Bütün bunlar olandan sonra ölkədə çatışmayan hər bir məsələ öz həllini tapacaq/pia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button