Sağlamlıq

Dünən 88 min 816 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində 88 816 nəfər koronavirusa yoluxub. Əvvəlki gün 74 692 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,4 milyonu ötüb. Eyni zamanda, son sutkada 665 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 657 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 328 770 nəfərə çatıb.Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button