Mədəniyyət

Tanınmış monumentalist rəssam Vaqif Nəzirov vəfat edib

Sumqayıt şəhərinin simvoluna çevrilmiş “Göyərçin” heykəli ilə adını tarixə yazdıran rəssam və heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında vəfat edib

Məlumat üçün bildirək ki,Vaqif Osman oğlu Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tbilisi Dövlət Rəssamlıq akademiyasını bitirib.
1968-ci ildən Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 illini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button