Müsahibə

“Azərbaycanda olmayacağam, ad günümü işdə keçirməli olacağam” – RAZİ NURULLAYEV

Bu gün Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin doğum günüdür. 1 aprel 1971-ci ildə dünyaya gələn Razi Nurullayev bu gün 51 yaşını qeyd edir.

Cebhe.info-nun əməkdaşının doğum günündə Özbəkistanda rəsmi səfərdə olan Razi Nurullayevlə müsahibəni təqdim edirik.

-Razi bəy, doğum gününüzü harada, kimlərlə keçirəcəksiniz?

-31 martda parlamentin nümayəndə heyəti ilə Özbəkistana rəsmi səfərə gəlmişəm. Yəni ad günüm zamanı Özbəkistanda rəsmi səfərdə olacağam, iş başındayam. Bu il ad günüm baxımından xüsusi il də deyil, sadəcə olaraq təbrikləri qəbul edərəm. Yəni Azərbaycanda olmayacağam, ad günümü işdə keçirməli olacağam.

Bu illər ərzində hansı ad günü təbriki sizin üçün yaddaqalan olub?

-Açığı, bir dəfə, təxminən 10-15 il bundan əvvəl doğum günümü Fransanın paytaxtı Parisdə keçirmişəm. Onda da müxtəlif ekspertlərlə bir tədbirdə iştirak edirdik. Onlar o zaman bir kafedə mənə doğum günü sürprizi etdilər. Bu yadımda qalıb.

Bəs ən yaddaqalan ad günü hədiyyəniz nə olub?

-Təbii ki, müxtəlif hədiyyələr olub. Yadımda qalanları da xeylidir. Buna görə də insanlara təşəkkür edirəm, sadəcə olaraq adlarını açıqlaya bilmirəm. Amma qızlarımdan aldığım təbrik heç zaman yadımdan çıxmır. Onlar mənə hər zaman əziz olaraq qalır. Çünki onlar heç nə almırdılar, sadəcə mənə oxşar şəkil çəkirdilər və öz xətləri ilə təbrik yazırdılar. O bir şəkil, vərəq və orada yazılan xoş sözlər mənim üçün çox əzizdir.

Razi bəy, indiyə qədər aldığınız ən bahalı hədiyyə nə olub?

-Bir dəfə doğum günümdə mənə bir qızıl monet veriblər.

-Bu ad gününüzdə xüsusi olaraq təbrikini gözlədiyiniz kimsə varmı?

-Yox, açığı, doğum günümü afişə etmək niyyətində deyilən. Çünki yubiley ili deyil, xüsusi bir yanaşmamız da yoxdur.Ona görə gözləntim də yoxdur.

Razi bəy, doğum gününüz çox maraqlı bir günə təsadüf edir. 1 aprel tarixi həm də “aldatma”, zarafat günü kimi qeyd olunur. Dostlarınız, yaxınlarınız arasında bu tarixlə bağlı zarafatlarınız olurmu?

-Bəli, bu məsələ demək olar ki, hər doğum günümdə müzakirə olunur. Dostlarım məni çox aldadıblar, mən də onları aldatmışam. Hər il də eyni ənənə davam edir. Mən də, onlar da asan aldanırıq. Bəlkə ona görə belə olur ki, hamımızın başı müxtəlif problemlərlə, qayğılarla doludur, düşünməyə, əylənməyə zaman qalmır. Ona görə də deyilən sözə tez inanırıq. Bu baxımdan hər doğum günümdə belə xoş xatirələr yaşayırıq.

P.S. “Cümhuriyət” qəzetinin, Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov və kollektiv Razi Nurullayevi doğum günü münasibətilə təbrik edir, ona həyatında, işlərində uğur arzulayır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button