CəmiyyətMüsahibə

DEPUTAT -“Azərbaycanlılar çox yaşayır, pensiya yaşının azaldılmasına gərək yoxdur”

“Azərbaycanlılar çox yaşayır, pensiya yaşının azaldılmasına gərək yoxdur”.Bunu deputat Musa Quliyev mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, pensiya yaşını azaltmaq olmaz, çünki azərbaycanlılar uzun ömür yaşayırlar. “Hesab edirəm ki, bu, gündəmdə deyil və olmayacaq. Dünyada insanların orta ömür müddəti artır. Azərbaycanda da orta ömür müddəti 77 yaş üzərindədir”.

Musa Quliyev deyir ki, insanların ömrü uzanacaq, buna görə də pensiya yaşının azaldılması lazım deyil: “Yəqin ki, yaxın gələcəkdə insanlarımızın orta ömür müddəti artacaq. Pensiya yaşının azaldılmasına gərək yoxdur və praktika da bunu göstərir”./jamaz.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button