Müsahibə

Naibə Hacıyeva: “44 günlük Vətən müharibəsindən sonra Vətənə ilk gəlişim fərqli idi”

“Almaniyada yaşayıb-fəaliyyət göstərdiyim bütün dövrlərdə Azərbaycana səfərlər edir, yaxınlarımı, dost-tanışlarımı ziyarət edir, doğma yurd yerimə baş çəkir, Vətənimlə həsrətimi bölüşürdüm. Lakin budəfəki ziyarətim tamamilə fərqli idi və bu fərqlilik özündə elə bir möhtəşəmlikləri birləşdirmişdi ki, bunu sözlə ifadə etmək həqiqətən də çətindir. Çünki hər bir azərbaycanlının qəlbində ən dərin həsrət Qarabağla bağlı idi və bu həsrətin nə vaxtsa başa çatacağına inanırdıq. Bilirdik, əmin idik ki, məhz dünya şöhrətli siaysi xadim, ulu öndər Heydər Əliyevin layiqli və siyasi varisi cənab İlham Əliyev Ali Baş Komandan və xalqının Lideri qismində 30 ilə yaxın dövr ərzində təcavüzə uğrayan, işğala məruz qalan torpaqlarımızı düşmən tapdağından azad edəcək. Onun möhkəm qətiyyəti, sarsılmaz iradəsi, mütərəqqi diplomatiyası, müdrikliyi, xalqına bağlılığı 44 günlük zəfər yürüşündə öz qalibiyyət sözünü dedi. Bu, həm də XALQ-PREZİDENT vəhdətinin bariz nümunəsi oldu – Azərbaycan xalqı bir yumruq kimi birləşərək yağı düşmənə qarşı amansız mübarizəyə başladı, onu məğlub etdi, diz çökdürdü”.

Analoq.az xəbər verir ki, bunu Alman-Azərbaycan Dostluq Çəmiyyətinin sədri, sahibkar xanım Naibə Hacıyeva Şuşa Zəfəri və onun əhəmiyyətindən danışarkən bildirib.

N.Qurbanova Şuşa Zəfəri deyərkən birinci növbədə diqqəti torpaqlarımızı öz canı qanı ilə işğaldan azad edən qəhrəman igidlərimizin şücaətinə, qüdrətinə diqqət çəkib:

“Biz burada qəhrəman əsgər və zabitlərimizin şücaətləri, Şanlı Ordumuzun zəfər yürüşləri barədə də məxsusi olaraq fikirlərimizi bildirməliyik. 44 günlük Vətən müharibəsində düşmənə layiq olduğu cavablar verən Silahlı Qüvvələrimiz dünyanın hərb tarixinə yeni epos, dastan yazdı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, torpaqları nurla dolsun, onlar əbədidirlər və ölməzdirlər! Rəbbim qazilərimizə şəfa versin və onların varlıqları bizlər üçün şərəfdir, başucalığıdır!

Mən burada fürsətdən istifadə edib Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da öz dərin minnətdarlıq hisslərimi çatdırmaq istərdim. Bir ana kimi, bir qadın kimi onun daim qazilərimizin, şəhid ailələrimizin yanında olmasından fəxr duyuruq. Mehriban xanım hər bir Azərbaycan qadınına, xanımına bir örnəkdir, nümunə mücəssəməsidir”!

N.Hacıyeva məhz Vətən müharibəsindən sonra Azərbaycanda, azad Şuşamızda, Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etməkdən çox qürurlu olduğunu bildirdi. O, fürsətdən istifadə edərək Diaspora Komitəsinə, Komitənin rəhbəri Fuad Muradova öz dərin minnətdarlığını ifadə etdi:

“44 günlük Vətən müharibəsindən sonra Vətənə ilk gəlişim daha fərqli idi. Bakida hava limanına enərkən sanki, hava, torpaq, daşlar, ətrafdakı ağaclar – hər təbiət amili dil açib mənimlə danişir, ey qalib dövlətin, qalib xalqin övladi, zəfər çalan vətənimizə xoş gəlmisiniz deyirdi. Bu hisslər həm qələbə sevincini, həm də şəhidlərimizin ruhlarını anarkən kədərimizi paralel olaraq bizlərə yaşadırdı”.

N.Hacıyeva Prezidentdin Şuşa Zəfərində dünya azərbaycanlılarnın qarşısındakı çıxışını yüksək qiymətləndirməklə, Alİ Baş Komandanın dünyaya verdiyi növbəti mesajını qeyd edib. Onun sözlərinə görə, bu möhtəşəm tədbirdəki çıxışında Prezident İlham Əliyev bundan sonra Azərbaycan xalqının müzəffər yaşayacağını, dövlətimizin qalib dövlət kimi sonsuzadək var olacağını bir daha bəyan etdi:

“Bu böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

N.Hacvıyeva Azərbaycan Prezidentinin nitqində yer alan bir məqama xüsusilə diqqət çəkib:

“Prezident dedi ki, bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Çünki xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir və onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm”.

Almaniyada yaşayan soydaşımız qeyd edib ki, qarşıdakı illərdə dünyada yaşayan azərbaycanlılar bilavasitə dövlət başçımızın verdiyi tövsiyə və tapşırıqları əsasında diaspora işimizi daha da dərinləşdirəcək, Azərvbaycanın Avropa ölkələrində tanıdılması üçün yeni layihələrlə, böyük tədbirlərlə çıxşı edəcəkdir:

“Ölkəmizin, xalqımızın tarixini, mədəniyyətini, siyasətini təbliğ etmək üçün var gücümüzlə çalışacağıq. Hər il olduğu kimi, bu il də Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq qarşımıza bir sıra məqsədlər qoymuşuq və təqdim edəcəyimiz layihələrimizdə qeyd olunan bütün əsas faktorları, millilik ruhumuzu daimi olaraq öndə tutacağıq.

Çox fərqli-fərqli insanlarla görüşdüm. Fərqli təltiflər olundum. Gələçək layihələr haqqında maraqli və həyata keçirilməsi üçün daha çiddi addimlar atilaçaği barədə danişiqlarimiz oldu.

Bir daha vurğulamaq istərdim ki, mən belə bir qüdrətli, güçlü xalqin, güclü dövlətin övladiyam. Bu gün mən dövlətimizlə, Ordumuzla, Cənab Prezidentimizlə, Müzəffər Ali Baş Komandanımızla fəxr edirəm, Onun Dəmir Yumruğu altinda birləşən dünyanin ən güclü, ən dəyanətli və gözəl xalqımla fəxr edirəm. Məhz bu hisslər mənim bundan sonrakı ömrümün hər anında unudulmaz olaraq yaşayacaq, bu hisslərlə biz daha güclü, daha qüdrətli Azərbaycana doğru addımlamaqla növbəti Zəfərlərimizə, qələbələrimizə imza atacağıq”.hafta.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button