AktualSağlamlıq

ÜST: Qlobal peyvənd kampaniyası başa çatana qədər yoluxma riski qalacaq

Dünyada koronavirusa yoluxma hallarının kəskin artması təhlükəsi peyvənd kampaniyası başa çatana qədər qalacaq.

Analoq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

“ÜST-ün məqsədi bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70%-nin peyvənd olunmasıdır”, – Qebreyesus bildirib.

Baş direktorun sözlərinə görə, hazırda dünya əhalisinin üçdə biri peyvənd olunmamış qalır.

“Yüksək peyvəndləməyə nail olana qədər infeksiyaların artması və peyvəndin təsirindən yayınan yeni variantlarının ortaya çıxması riski ilə üzləşməyə davam edəcəyik”, – ÜST rəhbəri qeyd edib.

Qebreyesus xatırladıb ki, dünyada COVID-19-a yoluxma hallarının sayında artım davam edir, bunun səbəbi Asiyadakı geniş yayılma və Avropada yeni dalğadır.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button