Dünya

Şimali Koreya ən yeni tankını sınaqdan keçirib

KXDR tank ekipajları arasında keçirilən yarış çərçivəsində özünün ən yeni tankını nümayiş etdirib. Zirehli maşın şəxsən Şimali Koreya lideri Kim Çen In tərəfindən sınaqdan keçirilib.Analoq.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Yarışlar bölmələr arasında keçirilib, onların məqsədi tankçıların praktiki bacarıqlarını ciddi şəkildə yoxlamaq və döyüş əməliyyatlarını təcrübədən keçirmək olub.

Tədbirdə Kim Çen In, müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Qil iştirak ediblər. Şimali Koreya lideri ən yeni tankın heyrətamiz döyüş qabiliyyətini, güclü zərbə qüvvəsini və manevr qabiliyyətini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Koreya Xalq Ordusunun bölmələri Şimali Koreya lideri Kim Çen Inın rəhbərlik etdiyi artilleriya təlimləri keçirib.525.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button