Rəsmi

Pakistan prezidenti İlham Əliyevə zəng etdi

Mayın 8-də Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Prezident İlham Əliyevə telefonla zəng edib.

Analoq.az xəbər verir ki,bununla bağlI Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırıb və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd edib.

Prezident İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirib.

Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar, ikitərəfli münasibətlərin perspektivləri, o cümlədən, iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button