İdman

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Qəbələ” Bakıda “Səbail”in qonağı olacaq. “ASCO Arena”dakı görüş saat 19:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib. Bunların 5-də “dənizçilər”, 9-da “qırmızı-qaralar” qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir – 33:19.

Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button