BannerCəmiyyət

Bakı Nəqliyyat Agentliyi axır ki, simit biznesinə başladı – Foto

Bakı Nəqliyyat Agentliyinin kökə-simit biznesi nəhayət ki, gerçəkləşdi. Bir müddət əvvəl məsələnin böyüməsini görən Agentlik öz ərazisində “Simit Saray”ın açılması işlərini dayandırmışdI. Elə ki, ara sakitləşdi, qurum öz terminalında obyektin fəaliyyətə başlamasını rəsmiləşdirdi. Bu barədə Reportyor.info-ya məlumat verilib.

Belə ki, bir neçə ay əvvəl “Koroğlu” metro stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalların əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılması və yeri “Simit Sarayı”na kirayə verilməsi ilə bağlı məlumat vermişdik. Bakı Nəqliyyat Agentliyi faktı təsdiqləyərək bunu terminal aparatlarının məntəqə daxilində qızması ilə əlaqələndirmişdi. Eyni zamanda qurumdan bildirilmişdi ki, belə hallar xarici ölkələrdə də var: “Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görəcəksiniz. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir”.

BNA rəsmisi “Obyekt hansı qaydalar əsasında icarəyə verildi? İcarədar necə müəyyənləşdi? Müsabiqə, onun nəticəsi rəsmən elan edildimi?” kimi suallara cavabda yayınmışdı. Sonra sosial şəbəkələrdə qeyd edilən məntəqədə “Simit Sarayı”nın reklamının üstünün bağlanması ilə bağlı görüntülər yayılmışdı. Bildirilirdi ki, BNA tənqidlərə dözməyib və nəticədə bu addım atılıb.

Lakin üstündən bir müddət keçəndən sonra bu biznes layihəsi işə düşüb. Artıq terminalda simit alverinə başlanıb. Bu haqda bizə fakt təqdim olunub/reportyor.info

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button