Ölkə

AMEA-nın xərcləri kəskin şəkildə azaldıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulan göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb.

Xəbər verir ki, azaldılma Maliyyə Nazirliyinin “Büdcə sistemi haqqında” qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə” AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib.

Bununla da AMEA-nın dövlət büdcəsindən maliyyələşən elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılıb ki, müəssisə və təşkilatların 2020-ci il üçün nəzərdə tutulmuş xərclər smetasının icrasında bir sıra xərc maddələri üzrə azalmalar nəzərə alınsın. Modern.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button