Rəsmi

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Azərbaycan Prezidentinin digər fərmanı ilə isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button