Aktual

Razi Nurullayev yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib

Razi Nurullayev yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib:

“Müxtəlif yerlərdə mənə onlarla vətəndaş yaxınlaşır xahiş edir ki, yasların da keçirilməsinə icazə verilsin, hüzrü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Nə fərqi var ki, məclis məclisdir! Qoy yas məclislərinə də 100-150 nəfərin iştirakına icazə verilsin. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edir və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button