Rəsmi

Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib – YENİLƏNİB

Noyabrın 4-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, Baş nazir Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay biznes forumun açılışında iştirak ediblər.
Ə.Əsədov və F.Oktay biznes forumun açılışında çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verildi, iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi.

Biznes forumda, həmçinin iş adamları arasında ikitərəfli görüşlər keçirildi, bir sıra sənədlər imzalandı.

****

Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək.

Analoq.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Biznes forumunda Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button