Rəsmi

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dünya mediasının diqqətində

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə Türkiyə mətbuatının diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin Ermənistanla normallaşma prosesinə dair mühüm mesajlarına diqqətlə yanaşan Türkiyənin media qurumları dövlətimizin başçısının çıxışındakı fikir və mülahizələri geniş ictimaiyyətə təqdim edib.

Diqqətə çatdırılıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın sülh təkliflərinə cavab verib. Moldovanın nüfuzlu xəbər portallarında da Prezident İlham Əliyevin müşavirədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına, regionda əməkdaşlıq perspektivlərinə dair fikirlərinə geniş yer ayırıb. “30 illik işğalçılıq siyasəti Ermənistanın özünə baha başa gəldi. Ermənilər real müstəqil ölkə olmaq şansını itirmişlər, Azərbaycan isə tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək”, – deyə yazılarda Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunub.

Misir və Əlcəzair portallarında da müşavirə haqqında ərəb və ingilis dillərində xəbərlər yayımlanıb. Materiallarda dövlətimizin başçısının Azərbaycanın regiondakı rolu, işğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələr, ölkəmizin dünyada artan nüfuzu barədə fikirləri yer alıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button