Ölkə

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək. Bu barədə APA-nın yerli bürosuna TBMM-dən məlumat verilib. Bildirilib ki, M. Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti 18-20 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində Türkiyə parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. M. Şəntop 20 oktyabrda Azərbaycan Milli Məclisində çıxış edəcək.apa.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button