Dünya

ABŞ-da prezident seçkilərində Donald Tramp öndədir

D. Tramp seçkilərdə səslərin əhəmiyyətli bir hissəsi sayıldıqdan sonra Demokratların namizədi Co Baydeni qabaqlayır. Seçkilərdən öncə qələbəsi şübhə doğuran bəzi ştatlarda Donald Tramp Co Baydeni qabaqlayıb. 

D. Tramp Florida, Ohayo, Kentukki, Kanzas, Luiziana, İndiana, Vyominq, Qərbi Vircinya,  Cənubi Karolina, İdaho, Alabama, Mississippi, Tennesi, Oklahoma, Arkanzas, Cənubi Dakota, Şimali Dakota, Missuri, Nebraska, Ayova və Montana ştatlarında qələbə qazanıb. 

C. Bayden isə Havay, Minnesota, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Nyu-Hempşir, Oreqon, Vermont, Virciniya,  Vaşinqton, Rod-Aylend, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merland, İllinois, Delaver və Konnektikut, həmçinin Kolumbiya bölgəsində səs çoxluğu ilə qələbə qazanıb.  

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button