Sağlamlıq

Xəstəliklərin əksəriyyəti orqanizmdəki iltihablanmadan yaranır

Təzyiqinizi aşağı salmaq üçün hər gün ac qarına sarımsaq və bal qarşımından qəbul edin

7 gün ərzində ac qarına bal və sarımsaq qarışımını yedikdə sağlamlığımızda hansı faydalı dəyişikliklər ola bilər?
Qan dövranını yaxşılaşdırır. Sarımsağın tərkibində olan kükürd balın müalicəvi xüsusiyyətləri ilə birləşdikdə qan dövranı üçün çox faydalı olur. Bu iki qarışım damarlarda laxtalanmanın qarşısını alır, damarları gücləndirir, tromboz və varikozun əmələ gəlməsinin qarşısını alır.
Təzyiqinizi təbii vasitələrlə nəzarətdə saxlamaq istəyirsinizsə, hər gün ac qarına sarımsaq və bal qarşımından qəbul edin. Çünki təzyiqi aşağı salır.
Çiy sarımsağı əzərkən ortaya çıxan allisin yığılan pis xolesterolun xaric olmasına və qanı təmizləməyə kömək edir. Həmçinin triqliseridin səviyyəsini nizamlayır.
Tədqiqatlar göstərir ki, bir çox xroniki xəstəliklər orqanizmdə balansın pozulması nəticəsində yaranan iltihablanmalardan qaynaqlanır. Həm sarımsaq, həm də bal iltihabla mübarizə aparan qidalardandır. Bundan başqa, artrit, ödəm və əzələ ağrıları kimi problemlərə təbii ağrıkəsicidir.
Antimikrobiyal və antifunqal xüsusiyyətlərə malik olan bal və sarımsaq qarışımı immun sistemini gücləndirməyə kömək edir. Hər iki qida maddəsi orqanizmin virus, bakteriya və digər patogenlərə qarşı müdafiəsini artırır.
Bal və sarımsaqdan hazırlanan şərbət öskürəyi kəsir. Həm də bəlğəmgətirici təsir göstərir.
Bu qarışım qripin simptomlarını, soyuqdəyməni aparır, viruslarla mübarizə aparmağa kömək edir. Tənəffüs yollarını qorumağa kömək edən antikorlar istehsal edir.

SARIMSAQ və BAL QARIŞIMININ HAZIRLANMASI

1 stəkan bal (335 qram)
10 diş sarımsaq
Və bir ədəd şüşə qab

Sarımsağı soyub xırda-xırda doğraya və ya əzə bilərsiniz. Balı şüşə qaba qoyub üzərinə sarımsaqları əlavə edin. Sonra 1 həftə qaranlıq bir yerdə saxlayın. Müddət tamam olandan sonra, qarışımı səhər yeməyindən əvvəl 1 qaşıq ya ilıq su ilə, ya da adi şəkildə qəbul edə bilərsiniz.
Qarışımı 7 gün ərzində hər səhər ac qarına qəbul etdikdən sonra 1-2 həftə fasilə verin və yenidən təkrarlayın.
Balın donmasının qarşısını almaq üçün qarışımı otaq temperaturunda saxlayın.
Hər insanın orqanizmi fərqli olduğu üçün qarışımın təsiri də insandan insana fərqli nəticə göstərə bilər, bunu unutmayın.
Əgər doymuş yağlar, şirniyyat və digər zərərli qidalarla qidalansanız, qarşımın o dərəcədə də təsiri olmayacaq.

Firuzə Alimova / TurpKimi.com

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button