Siyasət

“Ukrayna üçün gərgin həftə olacaq” – Zelenski

Ukraynada müharibənin 47-ci günüdür.

Gecə saatlarında Nikolayev şəhərində güclü partlayış baş verib. Vilayət Administrasiyasının rəhbəri Vitali Kim bir nəfərin yaralandığını bildirib. Bunun müharibə başlayandan Nikolayevdə baş verən ən güclü partlayış olduğu hesab edilir. Partlayış nəticəsində meşə massivində yanğın başlayıb. Vitali Kim yanğının qısa zamanda lokallaşdırıldığını bildirib.

Bəzi KİV-də Xarkovda da partlayışlarla bağlı məlumat yayılıb. Şəhər sakinlərinə sığınacaqlardan çıxmamaq tapşırılıb. Ukrayna silahlı qüvvələrinin verdiyi məlumata görə, son sutkada Rusiyaya məxsus 1 təyyarə, 4 helikopter, 3 pilotsuz uçuş aparatı və 3 qanadlı raket vurulub.

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı həftənin çox gərgin olacağı ilə bağlı xəbərdarlıq edib. Dövlət başçısı bunu ölkənin şərqində Rusiya ordusunun genişmiqyaslı hərbi əməliyyatlarının gözlənilməsi ilə əlaqələndirib. Zelenski silahla təchizatın, beynəlxalq arenada informasiya işinin gücləndiriləcəyini və ölkənin müdafiəsinə əlavə vəsaitin cəlb olunacağını vəd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button