İdmanMüharibəQarabağ

“İlin qalibləri-2020” layihəsində fərqlənənlər mükafatlandırıldı – VİDEO

İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri-2020” layihəsi üzrə fərqlənənlər mükafatlandırılıb.

“Report”a istinadən məlumat verir ki, 8 nominasiya üzrə qaliblərin adı bu gün “Çinar Plaza”da təşkil olunan tədbirdə açıqlanıb.
Mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

Daha sonra qaliblərin adları açıqlanıb.
1. İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ: Fariz Nəcəfov (“Qəbələ” klubunun prezidenti) – Vətən müharibəsində iştirak etdiyi üçün
2. İLİN DÖYÜŞKƏN İDMANÇISI: Şəhid Cəbrayıl Dövlətzadə (cüdoçu) – Vətən müharibəsində iştirak etdiyi üçün
3. İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU: Şəhid İlqar Bürcəliyev (“Zirə” klubunun və Azərbaycanın U-18 yığmasının sabiq futbolçusu) – Vətən müharibəsində iştirak etdiyi üçün
4. İLİN DÖYÜŞKƏN LEGİONERİ: Mesut Özil (İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi) – Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verdiyi üçün
5. İLİN DÖYÜŞKƏN MƏŞQÇİSİ: Bəxtiyar Abbasov (“Qəbələ” İdman Klubunun məşqçisi) – Vətən müharibəsində iştirak etdiyi üçün
6. İLİN DÖYÜŞKƏN KOMANDASI: “Qarabağ” futbol komandası – Orduya maddi və təbliğati dəstək olduğu üçün
7. İLİN DÖYÜŞKƏN İDMAN QURUMU: Azərbaycan Cüdo Federasiyası – Orduya maddi və mənəvi dəstək olduğu üçün
8. İLİN DÖYÜŞKƏN JURNALİSTİ: Qazi Daşqın Əziz – Vətən müharibəsində iştirak etdiyi üçün
Bundan sonra ilin döyüşkən futbolçusu seçilən “Zirə” klubunun və Azərbaycanın U-18 yığmasının sabiq üzvü, şəhid İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev və qardaşı Tamerlan Bürcəliyev, eyni zamanda komandanın baş məşqçisi Rəşad Sadıqov kürsüyə gəlib. Şəhid futbolçu üçün hazırlanmış mükafatı onun atasına R.Sadıqov təqdim edib. Hamını salamlayan V.Bürcəliyev oğlunun bu mükafata layiq görülməsindən qürur hiss keçirdiyini söyləyib. O, bütün şəhidlərə Allahdan rəhmət diləyib. Həmçinin belə bir tədbirə görə təşkilatçı quruma təşəkkür edib.
T.Bürcəliyev isə öz növbəsində qardaşının bu mükafata layiq olduğunu bildirib: “Ümumiyyətlə, hər bir şəhidimiz və qazimiz buna layiqdir. Allah hamısına rəhmət eləsin. İnanıram ki, məkanları cənnətdir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button