Şou

Həyat yoldaşı həbs edilən müğənninin rəqsi – VİDEO

Bir neçə gün öncə müğənni Afət Fərmanqızı həyat yoldaşının həbs olunmasıyla bağlı sosial şəbəkələrdə paylaşım etmişdi. Müğənninin həyat yoldaşı iki maddə üzrə təqsirli bilinir.

Qeyd edək ki , müğənninin həyat yoldaşı Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur. O, yanvarın 31-i səhər saatlarında Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilib.

M.Nanacanovun həbsdə olmasına rəğmən , bu gün sosial şəbəkələrdə müğənni Afət Fərmanqızının şıdırğı rəqsi xeyli müzakirələrə səbəb olub, müğənni sərt tənqidlərə məruz qalıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button