GündəmRegion

Naxçıvanla sərhəd yüksəkliklər Azərbaycana verilir? – ŞOK İDDİA

Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Yerasx yaxınlığındakı yüksəkliklərin Azərbaycana verilməsi ilə bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.

Analoq.az Publika.az-a istinadən xəbər verir ki, Yerasx istiqamətində bir sıra mövqelərin 25 dekabr tarixində Bakının nəzarətinə keçməsi planlaşdırılır.

Erməni mətbuatının məlumatına görə, yerli sakinlər, bu yüksəkliklərdə hazır vəziyyətdə olan hərbi heyətin mövqeləri tərk etmələri üçün əmr verildiyini iddia edir.

Bundan əvvəl “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Naira Zohrabyan müxalifətin mitinqindəki çıxışı zamanı Sünik (tarixi Zəngəzur) vilayətinin Qafan rayonunun Çakaten kəndinin Azərbaycana təhvil verildiyini açıqlamışdı.

Xatırladaq ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası mövzusu Ermənistanda ən problemli mövzulardan birinə çevrilib. Sünik bölgəsindəki mövqelərin təslim olması və Geğarkunik bölgəsindəki Zod yatağının bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda tənqid və etiraz fırtınasına səbəb olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button