Şou

Türkiyənin tanınmış reperi 8-ci mərtəbədən yıxılaraq öldü

Beta ləqəbi ilə tanınan məşhur türkiyəli reper Berk Bayındır bu gün səhər saatlarında 8-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, milyonlarla izləyicisi olan 31 yaşlı Bayındır hadisə yerində ölüb. Reperin yıxıldığı anların şahidi olan mağazalardan birinin sahibi bildirib ki, Berk pəncərələrə dəyərək yerə çırpılıb.

Reperin meyiti tibbi ekspertiza olunmaq üçün Baş Tibb Morquna aparılıb. Hadisə baş verən zaman Berkin yanında olan sevgilisi Simla Ener polis tərəfindən saxlanılıb

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button