Şou

“Flora Kərimovanın heç vaxt uşağı olmayıb”-XALQ ARTİSTİ

Prodüser Tarix Əliyev (Tolik) xalq artistləri İlhamə Quliyeva və Flora Kərimovanın illər əvvəl çəkilən verilişindən süjet paylaşıb.Teleqraf. com xəbər verir ki, Tarix Əliyev süjeti İnstaqramda paylaşaraq “Kimi belə üzbəüz danışıqda görmək istəyərsiniz? Mən şəxsən bir neçə müğənni var ki, onları birlikdə çəkmək istəyirəm. Amma razılaşmazlar, çünki kompleksləri var” statusunu yazıb.

Xalq artisti Brilliant Dadaşova isə şərh bölümündə süjetdə Flora Kərimovanın dediklərinə belə reaksiya verib: “Flora xanım, nə gözəl dediniz. Gərək Allah qadını ağıllı yaratsın. Kəsişmə nöqtəsi olmayan insanları müqayisə etmək yalnız bizim cəmiyyətdə mövcuddur. Çox yalan-böhtan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Flora Kərimovanın heç vaxt uşağı olmayıb. Qarnına balış, yastıq qoyub, qızını özü doğmayıb. Flora xanımın qızı öz kopyası olmasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki… Mən də uşaq idim, ağlıma da gəlməzdi ki, bir insan bu dərəcədə şeytana qulluq edə bilər. Bu söhbəti heç vaxt Floraya danışmamışam”.

Flora Kərimova isə Brilliant Dadaşovanın sözlərinə belə cavab verib: “Sizin başınız ondan az çəkmədi. Nə birinci idiniz, nə də sonuncu. İndi bəzilərinin dilinə söz düşüb ki, “sağlığında bir söz deyə bilmirdilər”.

Sağlığında təkbaşıma onun yalanlarının cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq, qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi, savaşınızı qorumağı bacardınız”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button