Dünya

Küveytin ən böyük neft emalı zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ

Küveytin ən böyük neft emalı zavodunda yanğın baş verib. Milli Neft Şirkətinə (KNPC) məxsus Mina əl-Əhmedi neft emalı zavodunda baş verən yanğında 2 nəfər ölüb, 10 nəfər yaralanıb. KNPC-dən verilən açıqlamada həyatını itirən 2 işçinin Asiya əsilli olduğu və xəsarətlərlə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişdiyi bildirilib. KNPC həmçinin 5 işçinin səhhətinin ağır olduğunu, 5 işçinin vəziyyətinin isə stabil olduğunu bildirib.

Analoq.az xəbər verir ki , yanğının təmirə bağlanan neftayırma zavodunun 32 saylı Qaz Mayeləşdirmə qurğusunda baş verdiyini ifadə edən KNPC yanğınsöndürənlərin yanğını nəzarətə götürdüyünü açıqlayıb.

Ülkər Tahirqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button