Cəmiyyət

Ad günü keçirən məktəb direktoru canlı yayında niyə səmimi deyildi?

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan Sabunçu rayonunda yerləşən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova yayılan məlum ad günü videosundan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırıldı.

Bir neçə dəqiqə əvvəl sosial şəbəkə vasitəsilə canlı yayım edərək üzr istəməyi planlaşdıran Nailə Məmmədova elə canlı yayında pandemiya əleyhinə tələb olunan maskadan istifadə etməyi unudub.Canlı yayın boyu maskanı əlində saxlayıb.

Məktəb direktoru iddia edir ki,ad günü keçirməyib.Qubadlının işğaldan azad olduğu günü evdə ailəsi,bir neçə müəllim yoldaşı ilə qeyd edib.

O zaman elə çıxır ki, ad günü mərasimində oxuyan müğənni Mətanət İskəndərli də qələbə “sevinc”ini direktor və onun yaxınları ilə qeyd edib.Bu arada qeyd edək ki, Mətanət İskəndərli 44 günlük vətən savaşının ilk günlərində Türkiyədə restoranların birində konsert vermişdi.

Direktor Nailə Məmmədova canlı yayınla olan çıxışında deyir ki,müharibə başlayan gündən Azərbaycan əsgərlərinin yanında olmuşam, Füzuli,Cəbrayıl rayonlarına qədər getmişəm. Əgər sizin yanınıza gəlməyim qəbahətdirsə sizdən üzr istəyirəm.Maştağa kəndinə gələn şəhidlərin dəfnində iştirak edib ana kimi ağlamağım qəbahətdirsə üzr istəyirəm.

Hörmətli Nailə Məmmədova,əsgərləri ziyarət etmək onlara sovqat aparmaq qəbahət deyil.Şəhid dəfnində iştirak eləmək,anaların dərdinə şərik olmaq da qəbahət deyil. Bu, hamının mənəvi borcudur. Əgər etmisinizsə bunu əsgərlərimizə,şəhid analarına baş qaxıncı, minnət qoymaq silahına çevirməyiniz ən böyük qəbahətdir. Ən böyük qəbahət bilirsiniz nədir?Dövlətin bu ağır günündə təmtəraqlı ad günü keçirtmək, müğənni çağırıb oxutmaqdır.

Sizin canlı yayında olan çıxışınızda bir qram da belə səmimiyyət yox idi.Siz bu günə qədər əsgər və qazilərimiz üçün etdiklərinizi, şəhidlərin dəfn mərasimində iştirakınızı minnət kimi dəfələrlə üzümüzə vurdunuz.

Daha sonra deyirsiniz ki,35 ildir Maştağa qəsəbəsindəyəm.Bu qəsəbədə heç bir məmura,gələn icra başçısılarına nə kəndimi satmışam,nə də kəndimin haqqında artıq məlumat vermişəm.Buna görə də üzr istəyirəm.Əgər bu qəbahətdirsə.

Nailə xanım,siz kəndimə gələn icra başçılarına satmadım,artıq məlumat vermədim dedikdə nəyi nəzərdə tutursunuz?Axı siz kənd icra nümayəndəsi deyil,məktəb direktorusunuz.Sizin kənddə alış-veriş etmək hüququnuz yoxdur axı.Bir də nəzərinizə
yetirim ki, Maştağa kəndi qədim kənddir və sizin bu kənddə alıb-satmaq barədə heç bir haqqınız yoxdur.Kəndlə bağlı çıxışınızı yenə minnətlə bitirdiniz. Satmamaq deyərkən nəyi nəzərdə tutursunuz? Kimlərinsə korrupsiyaner əməllərini, vətənə xəyanətini gizlətmisinizsə demək özünüz də ən qatı cinayətə yol vermisiniz.Yox, əgər haqlını, düzgünü xətalı adamdan qorumusunuzsa ad çəkin görək hansı icra başçıları olub onlar?

Məgər cənab prezident dəfələrlə deməyibmi ki, vətəndaşları incidənlər haqda mənə məlumat verin. Bəs niyə gizlətmsiniz, indi isə kimisə şantaj xarakterli, özünüzü təmizə çıxarmaq aləti kimi bu faktı istifadə edirsiniz!

Və çıxışınızın sonunda müəllim statusunuzdan çıxıb siyasətçi kimi çıxışınızı tamamladınız. Türkiyə,Pakistan münasibətlərindən danışdınız.Üç ay bundan öncə bəstəkar Nailə Mirməmmədli ilə marş bəstələdiyinizi də xatırlatdınız.

Üç ay və ondan daha bir neçə ay əvvəl bizə qələbə marşının yazılmasını ancaq dövlət başçısı bildir bilər.Necəki qələbə sevincini də yaşatdı.

Yəni müharibənin başlanması məhz onun əmriylə olan məsələdir.Əcaba siz bunu hardan bilirdiniz? Yoxsa qeybdən xəbər vermək qabiliyyətinizi də gələn çıxışınızda qeyd edəcəksiniz?

Unutmayın ki, ataların bir sözü var: üzrü günahından betər. Daha yaxşı olardı ki, ziyalı, məktəb direktoru imicinə, müəllim adına bu boyda nifrət qazandırmamaq üçün səmimi şəkildə üzr istəyəydiniz, minnətsiz, sünnətsiz. Siz isə çıxıb xalqa minnət qoydunuz. Şəhidlərə hörmətsizlik etdiniz.

Dinimizə, milli mənəvi dəyərlərimizə qarşı çıxdınız. Şəhidlərin qanı qurumamış, qırxı çıxmamış siz qol açıb rəqs edirsiniz.

Sizin bu hərəkətinizə heç bir mənəvi bəraət ola bilməz. Bəlkə bütün şəhidlərimizin ailəsinin qapısına gedib diz çöküb yalvararaq üzr istəsəniz, onların valideynləri, yetim qalmış balaları sizi əfv etsə üstdən keçmək olar. Yoxsa bu, töhmətlə, içdən xaric edilməklə bağışlanası günah deyil. Çünki siz başqalarını da bu işə təşviq etmisiniz, mənfi nümunə olmusunuz.

Yazının sonunda onu da qeyd edim ki,bu yazıdan sonra siz tərfdən gələn bütün hədə-qorxulara,təpkilərə hazırıq.Çünki siz bu günə qədər dəfələrlə jurnalistlərə təzyiq etmisiniz.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button