Dünya

“DNT məsələsi dünya ictimaiyyətinin fikrini azdırmaq üçün idi” – Qəddafi sağdır?- ŞOK AÇIQLAMA

“Liviyanın keçmiş lideri Muammər Qəddafi ölməyib və hazırda ölkəsində gizli şəkildə mübarizəsini davam etdirir”.

Analoq.az-ın “Russian Today” telekanalına istinadən yazdığına görə, bu barədə sensasiyalı məlumatı vaxtilə Qəddafinin cangüdəni olmuş keçmiş zabit Ayşə əl-Fitouri verib. Cənab Fitouri deyib ki, öldürülən adam əslində onun qohumudur.

“Qəddafini Sirtədə öldürmüşdülər, eləmi? Amma mən sizə deyirəm ki, o, ümumiyyətlə Sirtəyə getməyib. Ora lider tərəfindən oxşarı olan Həmid Əbu Minyar gedib. Bu iz azdırmaq üçün edildi. O vaxt liderim Bəni Vəlid şəhərinə getdi və sonradan ordan da ayrıldı”, – deyib Ayşə əl-Fitouri.
Axı DNT analizi götürülmüşdü, cəsədin məhz Qəddafiyə aid olduğu bildirilmişdi. Cənab Fitouri deyib ki, DNT məsələsi dünya ictimaiyyətinin fikrini azdırmaq üçün idi. “Nəticələr həqiqi deyildi. Baxın, BMT əgər DNT analizi götürmüşdüsə, niyə indiyədək bu yönümdə rəsmi qərarını elan etməyib? Yaxud da, niyə cəsəd təslim olunmadı? Tarix hər şeyi özü üzə çıxaracaq”, – Qəddafinin cangüdəni deyib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button