Dünya

Avropa dövlətləri karantin qadağalarını ləğv edir

İsveç bu gündən etibarən COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edib və koronavirus testlərinin dayandırıldığını açıqlayıb.

Digər tərəfdən, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də bu gündən etibarən son qoyub.

Eyni zamanda Finlandiyada da fevralın 14-dən etibarən koronavirusa görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır, martın 1-dən isə ləğv edilir.

Skandinaviya ölkəsi Danimarka fevralın 1-dən məhdudiyyətləri ləğv edib, Norveç də fevralın 19-dan koronavirusa görə müəyyən edilən qadağalara son qoyacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button