Dünya

NATO Kiyevdəki ofisini müvəqqəti bağlayır

Şimali Atlantika Alyansı (NATO) Ukraynanın paytaxtı Kiyevdəki ofisini müvəqqəti bağlayır, işçilərini Brüssel və Lvova köçürür.

Bu barədə Norveçin “VG” qəzeti NATO rəsmisinə istinadən yazır.

“NATO və ona üzv dövlətlər vəziyyəti çox diqqətlə izləyir, qiymətləndirir və bütün lazımi tədbirləri görür. Əməkdaşlarımızın təhlükəsizliyi prioritetdir, ona görə də onlar Lvov və Brüsselə köçürülür. Beləliklə, NATO-nun Ukraynadakı ofisləri hələ də fəaliyyət göstərir”, – NATO nümayəndəsinin Norveç qəzetinə verdiyi açıqlamada deyilir.

Nəşr onu da xatırladıb ki, Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya öz səfirliklərini Kiyevdən Lvova köçürüblər. Norveç hələlik bu addımı atmayıb, lakin vəziyyəti izləyir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button