Dünya

Rusiya dəniz piyadalarının komandiri məhv edilib

Rusiya ordusunun daha bir adlı-sanlı zabiti Ukraynada gedən döyüşlərdə öldürülüb.Analoq.az xəbər verir ki, Mariupol ətrafında gedən döyüşlər zamanı Rusiya dəniz piyadalarının 810-cu briqadasının komandiri, polkovnik Aleksey Şarov məhv edilib. 

Bu haqda Ukrayna ordusunun zabiti Anatoli Ştefan özünün Tvitter səhifəsində yazıb.

“Dəniz piyadalarının Jukov ordenli 810-cu qvardiya əlahiddə briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda). “Təlimlərdə “yolunu azdı” , amma indi evə düz qayıdacaq. Düşmənlərə ölüm!”, – zabit yazıb.

Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 3-cü dərəcəli kapitan Aleksey Raliy də Mariupol ətrafında gedən döyüşlərdə məhv edilmişdi. Daha əvvəl isə Rusiya ordusunun diviziya komandiri, general Oleq Mityayev Mariupol ətrafındakı döyüşlərdə “Azov” polkonun döyüşçüləri tərəfindən öldürülüb/publika.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button