Dünya

“Ukraynaya silah verməliyik ki, onlar döyüşməyə davam etsinlər” – BAYDEN

ABŞ Prezidenti Co Bayden Buçadakı amansız qətllərdən sonra Amerikanın Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini söyləyib. Bundan əlavə, dövlət başçısı növbəti dəfə Vladimir Putini hərbi cinayətkar adlandırıb.

“Putin hərbi cinayətkardır. Biz məlumat toplamalı, Ukraynaya silah verməliyik ki, onlar döyüşməyə davam etsinlər, bütün təfərrüatları toplayaq ki, bu, əsl müharibə cinayəti məhkəməsi olsun.

Bu adam barbardır. Buçada baş verənlər dəhşətdir, hamı bunu gördü”, – Bayden vurğulayıb/lent.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button