Ölkə

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürk anılıb

❕🇹🇷 Gəncədəki Baş Konsulluğunda Atatürk anılıb

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürk anılıb
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.

Tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli rəsmilər, şəhər ziyalıları və bu şəhərdə təhsil alan türkiyəli tələbələr və iş adamları iştirak ediblər.

Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu rəhmətlə yad etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button